Mobil versiya
Zelenski metallarla bağlı sövdələşmənin müzakirəsi zamanı ABŞ-ın maliyyə nazirinə qışqırıb
Tarix: 24-02-2025 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Zelenski metallarla bağlı sövdələşmənin müzakirəsi zamanı ABŞ-ın maliyyə nazirinə qışqırıb

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev və Vaşinqton arasında nadir torpaq metallarına dair sazişin müzakirəsi zamanı ABŞ-ın maliyyə naziri Skott Bessentə qışqırdı.
Bu barədə Financial Times (FT) yazır.


Britaniya qəzeti yazır: “Oradan (Zelenskinin ofisindən) gələn boğuq qışqırıqları heç nə ilə qarışdırmaq olmazdı”.Bundan əvvəl “The Telegraph” qəzeti müqavilənin mövcud mətninə istinadla yazıb ki, ABŞ Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynanın iqtisadi müstəmləkəçiliyini planlaşdırır. Sənədə əsasən, amerikalılar Ukraynanın bütün gəlirlərinin 50 faizini alaraq, onun “mineral ehtiyatlarına, neft və qaz ehtiyatlarına, limanlarına və digər infrastrukturlarına” tam çıxış əldə edəcəklər."
Bu bənd o deməkdir ki, əvvəlcə bizə pul verin, sonra uşaqlarınızı yedizdirin" -deyə yüksək səviyyəli amerikalı mənbə bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025