Fransanın baş naziri Putinlə Trampın ittifaqını ağlasığmaz adlandırıb
Tarix: 18-02-2025 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın qarşılıqlı fəaliyyətinə qarşı heç nə edə bilməz. BFMTV xəbər verir ki, bu açıqlama ilə Fransanın baş naziri Fransua Bayru çıxış edib.
O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə Yelisey sarayında keçirilən Avropa liderlərinin görüşü qitədə təhlükəsizlik məsələlərinə heç bir aydınlıq gətirməyib. Eyni zamanda, Bayrounun fikrincə, hazırkı vəziyyət ötən əsrin 30-cu illəri ilə paralellər doğurur, çünki “1945-ci ildən bəri ilk dəfə müharibə Avropaya gələ bilər”.
“Biz Putin və Tramp arasında Avropanı öz ərazisində marginallaşdıran ağlasığmaz ittifaqın şahidiyik. Avropa İttifaqının bu məsələdə zəifliyini görmək dəhşətlidir”.
Yada salaq ki, bir gün əvvəl Parisdə bəzi Avropa liderlərinin qeyri-rəsmi sammiti keçirilib və Rusiya ilə ABŞ arasında aparılan danışıqlar fonunda Ukrayna və Avropada təhlükəsizlik məsələləri müzakirə olunub. İclasın əsas məsələlərindən biri Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi olub, lakin yekun qərarlar qəbul edilməyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər