Mobil versiya
Zelenskinin ofisi onun Ər-Riyada getməkdən imtina etməsini izah edib
Tarix: 18-02-2025 | Saat: 21:45
Bölmə:Özəl | çapa göndər

Zelenskinin ofisi onun Ər-Riyada getməkdən imtina etməsini izah edib

Vladimir Zelenski danışıqlar prosesinin işlədiyi təəssüratı yaratmamaq üçün fevralın 19-da Səudiyyə Ərəbistanına uçmaqdan imtina edib. Bunu Zelenskinin ofisinin müşaviri Sergey Leşşenko deyib."O, yeni danışıqlar mərkəzinin fəaliyyətə başladığı təəssüratı yaratmamaq üçün Səudiyyə Ərəbistanına səfərini ləğv edir", - Leşçenko Rada telekanalında deyib.
Onun sözlərinə görə, Ukrayna Türkiyəni vasitəçi kimi təklif edir və Aİ-nin danışıqlar masası arxasında olmasını istəyir. Leşçenko həmçinin bildirib ki, Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanəti istəyir, lakin hələlik “ABŞ Ukrayna minerallarının 50%-ni heç bir zəmanət olmadan almaq istəyir”.Rusiya və Amerika nümayəndə heyətləri fevralın 18-də Ər-Riyadda 4,5 saata yaxın davam edən danışıqlar aparıblar. Görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, dövlət başçısının köməkçisi Yuri Uşakov və RDIF rəhbəri Kirill Dmitriyev təmsil ediblər.
Səudiyyə Ərəbistanındakı danışıqlarda ABŞ-dan dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals və Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edib. Uşakovun sözlərinə görə, nümayəndə heyətləri toxunmaq istədikləri bütün məsələlər, o cümlədən Rusiya Federasiyası ilə ABŞ-ın mövqelərinin yaxınlaşması və Ukrayna ilə bağlı təmaslar ətrafında ciddi söhbətlər aparıblar.
Zelenski bundan əvvəl fevralın 19-da Səudiyyə Ərəbistanında olacağını bildirmişdi. Fevralın 16-da Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko səfərini hazırlamaq üçün krallığa gəlib. Lakin Rusiya Federasiyası və ABŞ nümayəndələrinin Ər-Riyaddakı görüşündən sonra Zelenski fevralın 19-da Səudiyyə Ərəbistanına getməyəcəyini açıqlayıb.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın bir gün əvvəl qeyd etdiyi kimi, Zelenski “öz dərisini” xilas etmək üçün hərbi əməliyyatları davam etdirmək üçün istənilən təxribata hazırdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025