Mobil versiya
Prezident İlham Əliyev: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir”
Tarix: 13-02-2025 | Saat: 11:02
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir”

Liderlik fəlsəfəsi, liderlik prinsipləri haqqında yüzlərlə kitab yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində liderlik prinsipləri barədə fikirləri böyük diqqət çəkdi: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.
Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər İlham Əliyevin liderliyinin gücü hesabına baş tutub. Tədbirlərin mövzuları seçilərkən onların əhəmiyyəti təkcə ölkəmiz üçün nəzərdə tutulmur, dünyanın mövcud durumu diqqət mərkəzinə gətirilir. Azərbaycan Prezidentinin həmin tədbirlərdəki çıxışlarında bəşəriyyətin qarşılaşdığı problemlərin fəlsəfəsi açılır. Sülhə-əminamanlığa yeni töhfələr verilir. Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdəki çıxışları məzmununa görə xüsusilə seçilir. Onun səsləndirdiyi fikirlər ətrafında diskussiyalar aparılır.
Böyük Zəfərimizdən əvvəl dövlətimizin başçısı Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa nail oldu. 44 Günlük Vətən müharibəsi zamanı onun emosional intellektinin gücü əsgərlərimizin döyüş ruhunu artırdı. Uşaqlar əllərində Azərbaycan bayrağını tutaraq Prezidentin səsləndirdiyi şüarları səsləndirdilər. Liderin gücü budur. Bəli, biz qələbə çaldıq. Prezident İlham Əliyev çıxışlarında keçirdiyi görüşlərdə bəşəriyyətin qarşılaşdığı ekzistensional təhlükələrdən danışır.
Azərbaycanda keçirilən “Humanitar formlar” və COP29 konfransı buna sübutdur. COP29 konfransında iqlim dəyişiklikləri ilə bağlı elmi dövrüyyəyə yeni paraqdiqmalar daxil edildi. Mənz Bəşəriyyət üçün əhəmiyyətli olan paraqdiqmalar... bu konfransa mane olmaq istəyənlər Prezidentin prinsibal mövqeyini, liderliyini görəndən sonra geri çəkildilər.
Liderli keyfiyyəti olmayan bəzi dövlət başçıları və siyasətçilər öyrənsələr, heç nə itirməzlər.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025