İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın girovları azad etməmə qərarını şərh edib
Tarix: 12-02-2025 | Saat: 18:46
Bölmə:Özəl | çapa göndər
![İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın girovları azad etməmə qərarını şərh edib](/uploads/posts/2025-02/ef92c6aca9c128f081d7efc92087fd0c.webp)
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Fələstin radikal HƏMAS hərəkatının Qəzzada saxlanılan və fevralın 15-də evlərinə dönməli olan yeni girovlar qrupunun azad edilməsini təxirə salmaq qərarı müharibəyə qayıdış deməkdir. O, Aİ ölkələrinin yəhudi dövlətindəki səfirləri ilə görüşdə müvafiq bəyanatla çıxış edib.
“HƏMAS-ın girovları azad etməmək qərarı müharibəyə qayıtmaq qərarı deməkdir”, - Saar bildirib.
“Biz HƏMAS-ın da İsrailə hücum etməyə cəhd göstərməsinə hazırıq” deyən o, İsrailin indiyədək “birtərəfli heç nə etmədiyini” qeyd edib.Saarın açıqlamalarını yəhudi dövlətinin xarici işlər nazirliyinin mətbuat xidməti yayıb.
Fevralın 10-da HƏMAS-ın hərbi sözçüsü Əbu Ubeydə Qəzzada saxlanılan və fevralın 15-də evlərinə qayıtmalı olan yeni girovlar qrupunun azad edilməsinin təxirə salındığını elan edib.
Hərəkat hesab edir ki, İsrail “köçkünlərin anklavın cənubundan şimala qayıtmasını ləngitdikdə, Qəzza sakinlərinə atəş açdıqda və lazımi həcmdə bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilmədikdə” razılaşmanın şərtlərini pozdu.ABŞ prezidenti Donald Tramp cavab olaraq, Həmasdan fevralın 15-i günortaya qədər bütün girovları azad etməyi tələb edib. O vurğulayıb ki, Qəzza zolağında saxlanılan İsrail vətəndaşları azad olunmasa, bütün razılaşmalar ləğv edilməli və “cəhənnəm dağılar”. Prezident ABŞ-ın belə bir vəziyyətdə konkret olaraq nə edə biləcəyini açıqlamayıb.Öz növbəsində, İsrailin baş naziri Benyamin Netanyahu fevralın 11-i axşam bildirib ki, HƏMAS müəyyən olunmuş müddətdə girovları azad etməsə, ordu sektorda döyüşləri bərpa edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-02-2025