Dollar ucuzlaşmağa başladı - Özü də bütün dünyada
Tarix: 01-02-2017 | Saat: 21:28
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər
ABŞ prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb.
Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-eskpert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib: "Avro dollara nisbətən dünən 1,08 dollaradək bahalaşa bilib. Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hətta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib".
İqtsadçının fikrincə, ABŞ prezidenti Donald Trampın istəyi sadədir - "Ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Birləşmiş Ştatlar bununla həmçinin əzəli iqtisadi rəqiblərini, o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir".
Amma V.Bayramovun sözlərinə görə, bunu etmək asan olmayacaq: "Reallıq budur ki, dolları aparıcı valyutalara, eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. "İki ölkə"" modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil".
İlkin İzzət
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024