Heydər Əliyev Fondu və Azərbaycan Gənclərinin İnkişafı
Tarix: 31-01-2025 | Saat: 10:22
Bölmə:Özəl | çapa göndər
1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə fevralın 2-i Azərbaycan Gənclər Günü elan edilib. Bu günün təsis edilməsi 1997-ci il fevralın 2-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I Forumu ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edən mühüm strateji xətt olmuşdur. Onun siyasətini davam etdirən Heydər Əliyev Fondu gənclərin təhsili, elmi, mədəni və sosial inkişafı üçün misilsiz töhfələr vermişdir. Fond, xaricdə və ölkə daxilində gənclərin təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq təqaüd proqramlarının dəstəklənməsində gənclərə köməklik göstərmişdir.
Digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də Heydər Əliyev Fondu gənclərdən öz dəstəyini əsirgəməmiş, gənc istedadların üzə çıxarılması, onların beynəlxalq arenaya çıxışının təmin edilməsini hər zaman dəstəkləmişdir. Gənclər üçün idman komplekslərinin inşası, sağlam həyat tərzinin təşviqi fondun gənclər üçün yaratdığı imkanlardandır. Həmçinin Heydər Əliyev fondu bir sıra sosial layihələrə imza atmışdır. Aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etmişdir.
Heydər Əliyev Fondunun bu fəaliyyəti Azərbaycan gənclərinin qlobal miqyasda tanınmasına, onların milli-mənəvi dəyərlər əsasında yetişməsinə və gələcəyin liderləri kimi formalaşmasına əvəzsiz töhfə verir.
Şamama Əmirova
YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədri
Laçın rayon 10 №li tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025