Mobil versiya
Avtomobil alanda diqqətli olun “ETİBARSIZ” ETİBARNAMƏ
Tarix: 31-01-2017 | Saat: 21:19
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

Avtomobil alanda diqqətli olun “ETİBARSIZ” ETİBARNAMƏ




Dəfələrlə etibarnamə ilə avtomobil almağın mənfi tərəfləri haqqında xəbərlər təqdim etmişik. Amma bizə edilən müraciətlər bir daha onu göstərir ki, bundan nəticə çıxarmayanlar hələdə var. Daha bir vətəndaş etibarnamə ilə avtomobil alıb. Vaxtlı-vaxtında pulu ödəsə də, indi nə maşınını geri ala bilir, nə də pulunu. Səbəb isə avtomobilin sahibi verdiyi etibarnaməni ləğv etdirib.

Etibarnamə ilə avtomobil aldı, başına əlavə iş açdı.
Qaradağ rayonu Lökbatan qəsəbə sakini Zaur Hüseynov 2014-cü ildə etibarnamə ilə avtomobil alıb. 11 aydan sonra aldığı avtomobildə problemlər yarandığına görə onu eyni şəxsdəki digər maşınla dəyişməli olur.. Aylıq ödənişi də arada vasitəçilik edən şəxsə ödəyirmiş.

Ona görə də avtomobilin sahibi olduğu iddia edilən Azad Novruzov etibarnaməni ləğv edərək, avtomobili cərimə meydançasından çıxarıb. O vaxtdan bəri Zaur Hüseynov nə verdiyi pulu, nə də avtomobili ala bilmir

Zaur Hüseynov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İşin təhqiqatını aparan müstəntiq Mirmehdi Seyidov bu işlə bağlı artıq qərarın verildiyini bildirdi

Avtomobilin sahibi olduğu iddia edilən Azad Novruzovla da əlaqə saxladıq. O etibarnamənin niyə ləğv edilməsinə belə aydınlıq gətirib

Görünən odur ki, avtomobili alan vətəndaş kredit ödənişini müqavilə ilə rəsmiləşdirməməkdə, eləcə də etibarnamə ilə avtomobil almaqla yanlışlığa yol verib. Ona görə də avtomobil alarkən bu amilləri mütləq diqqətdə saxlamaq lazımdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024