Mobil versiya
ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək
Tarix: 24-01-2025 | Saat: 09:10
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ Prezidenti:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

aia.az xəbər verir ki, Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib.

"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - ABŞ lideri bildirib.

Bu arada yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025