Mobil versiya
Rüfət Səfərov vəkili ilə görüşüb
Tarix: 31-01-2017 | Saat: 17:31
Bölmə:Aia TV / Karusel | çapa göndər

Rüfət Səfərov vəkili ilə görüşüb








Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsində vəkili ilə görüşüb.

Aia.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, görüş zamanı o, R.Səfərovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb. R.Səfərov saxlanma şəraitinin və səhhətinin normal olduğunu deyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024