Mobil versiya
“Gənc Əkinçi” Akademiyası başa çatdı
Tarix: 31-01-2017 | Saat: 15:45
Bölmə:Karusel / Seçilənlər | çapa göndər

“Gənc Əkinçi” Akademiyası başa çatdı




Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan “Əkinçi” qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi daşıyan “Gənc Əkinçi” akademiyası sayca II dəfə baş tutub.

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı əsasında keçirilən layihədə qış məktəbi çərçivəsində gənc jurnalistlər Qubada bir sıra təlimlər keçiblər.

Gənc Əkinçi Akademiyası çərçivəsində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru, Azərbaycan Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı, Milli Məclisin baş məsləhətçisi Daşqın Rəcəbli çıxış etmiş, təlimlər keçmişdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin RTV kafedrasının müəllimi Ramin Rzayev, Online media Departamentinin rəhbəri Ellada Mustafayeva, Əməkdar Jurnalist Azər Həsrət təlimlər keçib.

Layihə iştirakçıları bir neçə gün ərzində müxtəlif təlim sessiyaları, maraqlı simuliyasiya oyunları, ictimai müzakirələrdə iştirak ediblər.

Bildirək ki, ilk dəfə bu layihə 2015-ci ildə İsmayıllı rayonunda keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə