“Nə?Harada?Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilmişdir
Tarix: 31-01-2017 | Saat: 14:58
Bölmə:Təhsil / Karusel | çapa göndər
26 yanvar 2017-ci il tarixdə F.Muradov adına şəhər 7 saylı tam orta məktəbdə Bərdə Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə?Harada?Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilmişdir.Çempionatda rayonun 16 məktəbinin (10 şəhər,6 kənd) komandaları iştirak etmişdir.
Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Aydın Qasımov - Gənclər və İdman idarəsinin baş məsləhətçisi - sədr
2.Anar Baxşəliyev - Təhsil şöbəsinin metodisti - üzv
3.Nəsibə Kərimova - Fəal gənc - üzv
4.Orxan İbrahimov - Fəal gənc - üzv
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq komandaları təbrik etdi və onlara bu yarışda uğurlar arzuladı.O,qeyd etdi ki,ümummilli lider Heydər Əliyevin “2 fevral- Respublika gənclər günü “ kimi elan edilməsi ilə bağlı imzaladığı Sərəncam,gənclərin hərtərəfli inkişafı üçün qəbul edilən proqramların təsdiqi Azərbaycan gəncliyinə olan xüsusi qayğısının bariz nümunəsidir. Bu gün də Gənclər Siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon Təhsil Şöbəsinin metodisti Anar Baxşəliyev və məktəbin direktoru Mehparə Mustafayeva ölkə rəhbərliyinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan,onların intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışdılar.
Əsasnaməyə uyğun olaraq oyun I mərhələdə keçirilmişdir.Komandalara 30 sual verilmişdir. Düzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilmişdir.Hər 10 sualdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir.Daha çox bal toplayan Kətəlparaq kənd tam orta məktəbin komandası (kapitan Ağamirzə Məmmədov) I yeri,ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin komandası (kapitan Ramilə Musayeva) II yeri,F.Muradov adına şəhər 7 № tam orta məktəbin komandası (kapitan Allahverdi Zeynalov) isə III yeri tutmuşlar (yarışın protokolu əlavə olunur).
Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.
Qalib komandalar “2 fevral-Gənclər günü” ilə bağlı keçiriləcək rayon tədbirində Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024