Mobil versiya
Sürücülərə qoşa xətt tələsi, yoxsa…
Tarix: 31-08-2016 | Saat: 12:21
Bölmə:Şou-biznes | çapa göndər

Sürücülərə qoşa xətt tələsi, yoxsa…

Sürücü ona əsassız protokol tərtib edildiyini bildirir, DYP isə iddiaları qəbul etmir
“Bizim Yol”-a müraciət edən sürücü Etibar Məmmadov iddia edir ki, Dövlət Yol Polisi ona əsassız olaraq protokol yazıb.

Onun ünvanına göndərilən 29.06.2016-cı il tarixli protokola əsasən sürücü Bakı-Sumqayıt avtomobil yolunun Avtoğazal hissəsində hərəkət edərkən “Yol hərəkəti haqqında” qanunun tələbi pozulub. Belə ki, qanunun 327.1-ci maddəsi (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) ilə ona 40 manat cərimə yazılıb.

““Yol hərəkəti haqqında” qanuna əsasən qoşa xətt əks istiqaməti ayırır. Dövlət Yol Polisi İdarəsinin saytında və bütün metodik vasitələrdə qayda bu çürdür. Burda isə birtərəfli, yəni eyni istiqamətli yolda cərimə tətbiq olunur. Yol polisi avtovağzal ərazisində əhalini bu çür aldadır.

Qeyd edim ki, burda əvvəllər qoşa xətt var idi, eyni istiqamətli yolda qoşa xəttin olması ictimai müzakirəyə səbəb oldu və qınanıldı. Bundan sonra iki xətti silib, bir xətt çəkdilər. “Avtoğazal” metrostansiyanın açılışı ilə bağlı olaraq yol təmir olundu. Təmirdən sonra yenə qoşa xətt çəkdilər”,-deyə sürücü Etibar Məmmadov bildirib.

Sürücü əsasız olaraq ona protocol yazılması iddiası ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. Onun müraciətinə bu qurumun rəisi vəzifəsini müvəqqəti icra edən Elşən Kazımov 23.08.2016-ci il tarixdə cavab verib. Cavabda bildirilib ki, müraciət əsasında araşdırılma aparılıb: “Müvafiq videogörüntülərə baxış keçirilərkən qayda pozuntusuna yol verildiyi müşahidə olunub. Cəriməni istənilən bank, poçt, plastic kart və ya internet vasitəsi ilə ödöyə bilərsiniz”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin tələbinə əsasən, qoşa xətt (1.3 nişanlanma xətti) heç bir halda eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq oluna bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024