“Çudo Peçka” işində sabiq nazir Heydər Babayevin də adı keçdi - 21 milyon manat - YENİLƏNİB
Tarix: 11-01-2018, 17:30 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Çudo Peçka” işində sabiq nazir Heydər Babayevin də adı keçdi - 21 milyon manat - YENİLƏNİB




“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun istintaqa verdiyi ifadəsi məlum olub.

"Report"un xəbərinə görə, o, istintaqda dindirilərkən qeyd edib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-nin təsis edib, qida istehsalı və satışı ilə məşğul olub.

Ç.Cəlilov bildirib ki, işlə bağlı bir neçə banka kredit üçün müraciət edilib: "Götürülən kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başladıq. Yaşar Babayevin sahibi olduğu "ABU Holding"in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın İdarə Heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün, əsasən, qardaşım Pərviz onunla münasibətdə olurdu".


Ç.Cəlilov qeyd edib ki, qardaşı Pərviz Cəlilov bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib və təkliflə razılaşıb: "2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes Holdings Limited" şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti "Bank Standard"ın təşəbbüsü ilə yaranan "Bakery operatinq Company" MMC-yə kənar idarəçiliyinə verdi. Bundan başqa, Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Müqaviləyə əsasən, ələva olaraq hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı mənə ödənilməliydi. "Bakery operatinq Company" MMC-in rəhbəri də Xəyal Abdinov oldu".

O vurğulayıb ki, S.Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməyib: "Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəmili olduğu 30 min manatı da verməyib. Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2006-cı ilədək Səlim Kirmanın sərəncamında olub".

Ç.Cəlilovun sözlərinə görə, S.Kirman 2012-ci ildə ona "Çudo Peçka" MMC-nin daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: "Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə olmuşdur. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi vermədilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini bildiridi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail Rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Məhkəmə bizi cavabdeh kimi qəbul edib, əlehimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, iki köhnə borcuma aid 150 min manata yaxın mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank ənəkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailəmin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib".


Ç.Cəlilov dindirilərkən söyləyib ki, S.Kirmanın təklifi ilə o, övladları və qardaşı ilə yanaşı, işçilərin, qohumlarının da adına kreditlər götürüb: "Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazində olan mağazalar açıldı. Həmçinin "5 Qazan" kulinariya evi işə salındı. Bundan başqa, torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı".

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib, bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib: "Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb, məsələni aydınlaşdırmaq bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim Kirman isə dedi ki, "bu bankın rəhbəri Heydər Babayevin və onun xanımın qərarı idi". Şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə getdi. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi alınmayıb".


***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.



"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra ləğv edilmiş "Bank Standard" QSC-nin zərərçəkmiş qismində tanındığı elan olunub. Onun nümayəndəsi isə Azər Tanırverdiyevdir.



Məhkəmədə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin vəkil qeyd edib ki, Ç.Cəlilovun özünün və övladlarının adına olan əmlaklarına həbs qoyulub.



Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.



Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.



Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.



Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.

aia.azшаблоны для dle 11.2



5150 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
5-01-2018, 11:24 Cəbhədə silahlar susmur

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}