Mobil versiya
Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi
Tarix: 02-05-2024 | Saat: 17:07
Bölmə:Dünya | çapa göndər

Sərhədimiz indiki yer deyilsə, haradır? –

Ermənistanla Azərbaycan arasında sərhəd elə qurulur ki, heç bir tərəfin hücuma əsası olmasın.

aia.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan deyib.

Onun fikrincə, dəqiq müəyyən edilmiş sərhəd hər iki tərəf üçün hücum səbəblərini aradan qaldıracaq:

“Hər iki tərəfin təcavüzünün səbəblərini aradan qaldırmaq üçün hüquqi sərhəd lazımdır. Sərhəd məsələlərində qeyri-müəyyənlik çox vaxt mübahisələrə səbəb olur və demarkasiya bu cür münaqişələrin qarşısını ala bilər”.

Sanosyan jurnalistlərdən birini özü ilə yer dəyişdirməyə və Ermənistanın sərhədlərinin harada olması ilə bağlı suala cavab verməyə dəvət edib:

“Sizcə, Ermənistanın ərazisi necədir və sərhəd tərəflərin hazırda danışıqlar apardığı yer deyilsə, o zaman hardadır?”

Cavab almayan nazir çıxıb gedib.

axar.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024