Mobil versiya
Avropa İttifaqında "TikTok" bloklana bilər
Tarix: 30-04-2024 | Saat: 11:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa İttifaqında "TikTok" bloklana bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Aİ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasını istisna etmir.

aia.az “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu xanım Lyayen Niderlandın Maastrixt şəhərində keçirilən tədbirdə deyib. O, həmçinin Avropa Komissiyasının TikTok-u korporativ telefonlarda qadağan edən ilk təşkilat olduğunu xatırladıb.

Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara X, “TikTok”, "Instagram", "YouTube", "Google" və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.

AK-nin məlumatına görə, həmin platformaların Avropa qaydalarına uyğunluğu diqqətlə yoxlanılacaq və pozuntular aşkar ediləcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024