Mobil versiya
Daşnaksutyun” siyasətin təzahürü
Tarix: 30-03-2024 | Saat: 10:32
Bölmə:Özəl | çapa göndər

Daşnaksutyun” siyasətin təzahürü

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Daşnaksütyun Vedibasarda, Uluxanlıda, Şuşada, Xankəndində, Xocavənddə, Hadurutda, İrəvanda və Bakıda gizli və açıq şəkildə bir sıra terror aksiyaları və təxribat xarakterli əməliyyatlar, mitinq və nümayişlər keçirilməsinə start verdi.Daşnaksütyun partiyasının arxasında ilkin olaraq erməni Qriqorian kilsəsi, habelə bu terror təşkilatının yaradıcısı, dəstəkçisi olan və işğalçılıq siyasətində onun terror aktlarından, casusluq fəaliyyətindən öz xeyrinə bir vasitə, alət kimi istifadə edənlər, onunla yanaşı islam aləminə nisbətən qat-qat texnoloji, elmi və hərbi üstünlüyə, siyasi hegomonluğa malik xristian dünyası, onun super gücə sahib dövlətləri durub.Ona görə də erməni-daşnak faşistləri, onların müxtəlif adlar altında fəaliyyət göstərən terror təşkilatları, ordu adı altında saxlanılan terror birləşmələri, bölmələri, qrup və dəstələri istənilən anda qeyri-leqal fəaliyət formasında terror aktları törədirlər.115 ildir Azərbaycan türkünə qarşı açıq şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparan erməni-daşnak faşistləri bu gün də Azərbaycan türkünə meydan oxumaqda davam edirlər.Azərbaycan türklərinin soyqırımı günü olan 31 Mart gününü – matəmini “TÜRK SOYQIRIMI” adı altında ümumxalq və dövlət səviyyəsində, dünya birliyinin gözü qarşısında daha canlı şəkildə, milyonların iştirakı ilə qeyd etməyə və keçirməyə bizim daha çox böyük tarixi haqqımız var.Ekspertlərin rəyinə əsasən Şamaxı hadisələri zamanı rayonun 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib.1918-ci ildə ermənilərin keçirdiyi qanlı aksiya daha da yayılıb,faciə qurbanlarının sayının qat-qat çox olmasını sübut edir.2020-ci ildə Kütləvi informasiya vasitələrinin imkanları sayəsində erməni xislətinin həqiqi simasını dünya ictimaiyyətinə çatdıraraq əsl soyqırımın kimə törədildiyini göstərmək mümkün olmuşdur.

Ülviyyə Mürsəliyeva Faiq qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024