Mobil versiya
Xalqımıza qarşı törədilən qanlı faciə
Tarix: 30-03-2024 | Saat: 10:11
Bölmə:Özəl | çapa göndər

Xalqımıza qarşı törədilən qanlı faciə

Azərbaycanın tarixinə son iki yüz ildə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlarla, müsibətlərlə dolu səhifələr də yazılıb.
Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar.
Azərbaycanlılar, o cümlədən Anadolu türkləri, yəhudilər, gürcülər ötən əsrin ayrı-ayrı dönəmlərində erməni şovinizminin təcavüzünə məruz qalsalar da, dünya ictimaiyyəti həqiqəti, əslində nəyin baş verdiyini etiraf etməkdən uzaq olubdur. "Məzlum xalq" adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi və separatizmi Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək, tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" reallaşdırmaq üçün ardıcıl olaraq həm hərbi, həm də ideoloji vasitələrdən yararlanıb. "Daşnaksütyun" və "Hnçak" kimi təşkilatları yaradıb mənfur ideyalarına start verən ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. Yüzillər boyu davam edən davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılmış və ya erməniləşdirilmişdir.
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda və qəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri soyqırımına məruz qalmış, yüzlərlə kənd dağıdılmış, dinc əhali qaçqın vəziyyətinə düşmüşdür. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bu müddətdə Avropa ölkələrində xüsusən türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terroçuluq dalğasını genişləndirdilər.
Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. 

Səfərli Yağmur Səməd qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024