Mobil versiya
YAP Qaradağ rayon təşkilatında gənc fəallarla növbəti görüş keçirildi -Fotolar
Tarix: 29-03-2024 | Saat: 19:20
Bölmə:Siyasət | çapa göndər

YAP Qaradağ rayon təşkilatında gənc fəallarla növbəti görüş keçirildi

29 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında gənc fəallarla növbəti görüş keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, aparatın əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan gənc fəallar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılları Novruz bayramı münasibətilə təbrik edib, bildirib ki, bu il xalqımız Novruz bayramını ilk dəfə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyün tam şəkildə bərpa olunduğu şəraitdə qeyd edir. Fevralın 7-də ölkədə keçirilən növbədənkənar Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin möhtəşəm qələbə qazandığını xatırladan Qafar Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu və bu dövrün həm rayon təşkilatı, həm də rayon ərazisində yaşayan və işləyən gənclər qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Qeyd edib ki, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hamılıqla, əl-ələ verərək, birlikdə çalışmalıyıq.

Tədbirdə çıxış edənlər: YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, məsləhətçi Vüqar Ağayev, YAP fəlları – Bayram Xudayarov, Türkanə Əliyeva, Turanə Qasımova, Türkan Məmmədli, Ülkər İsmayılzadə, Xanım Tanırverdiyeva, Cavanşir Eyvazov, bitərəflər – Fərid Qarayev, Ayxan Hüseynov, Rəşad Nərimanlı və başqaları ölkəmizin qədəm qoyduğu yeni mərhələnin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqlarını bildiriblər.

Tədbirdə rayon təşkiltında gənclərlə işin yeni səviyyəyə qaldırılması və onların fəallığının artırılması məqəsədilə ətraflı müzakirələr aparılmış, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024