Mobil versiya
Xırdalan 2 nömrəli tam orta məktəbin təhsildə əldə etdiyi uğurlar kimləri narahat edir?
Tarix: 29-03-2024 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Xırdalan 2 nömrəli tam orta məktəbin təhsildə əldə etdiyi uğurlar kimləri narahat edir?

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Məlumdur ki, məhz təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş təhsil strategiyası hazırda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonlarımızda da uğurla həyata keçirilməkdədir. Birmənalı olaraq demək olar ki, təhsilin inkişafı istisnasız olaraq respublikanın bütün regionlarında daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.

Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də Abşeron rayonudur. Respublikamızın digər bölgələrində olduğu kimi, bu rayonda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır. Təbii ki, Abşeronun təhsil sahəsində əldə olunmuş uğurlu nəticələrdə rayonun bütün məktəb və digər təhsil müəssiəsi kollektivlərinin öz payı vardır. Bununla belə, etiraf etmək lazımdır ki, öz nəticələri ilə digərlərini qabaqlayan təhsil müəssisələrinin xüsusi qeyd oluması da son dərəcə məqsədəuyğundur. Çünki qabaqcıl təcrübələrin təbliği və yayılması istənilən halda ümumi inkişafı stimullaşdırır. Məhz bu baxımdan Xırdalan 2 nömrəli tam orta məktəbin nailiyyətləri və qabaqcıl təcrübəsi də bir çox digər müəssisələr üçün faydalı örnək ola bilər.

Qeyd etmək lazımdır ki, bu gün Xırdalan 2 nömrəli tam orta məktəbin yüksək göstəricilərə malik olmasında heç şübhəsiz bu təhsil müəssisəsinin pedaqoji kollektivinin və ilk növbədə bu kollektivə rəhbərlik edən məktəb direktoru Gülnaz Kərimovanın böyük əməyi vardır. Tam səmimi olaraq deyə bilərik ki, Gülnaz Kərimova öz vəzifə borclarını vicdanla yerinə yetirən, uşaqların eyni zamanda həm təhsilli, həm də milli-vətənpərvər ruhda, sağlam mənəviyyata sahib olmaqla formalaşmaları kimi məsələlərdə son dərəcə prinsipial və həssas olan bir Azərbaycan xanımıdır. Ümumilikdə isə, Gülnaz xanım Abşeron təhsil sisteminin inkişafına dəyərli tövhələr verməkdədir. Əbəs yerə deyil ki, bu gün Gülnaz Kərimovanın zəngin bilik və təcrübəsindən onun bir çox həmkarları effektiv şəkildə bəhrələnirlər.

Dediyimiz kimi, bu gün Xırdalan 2 nömrəli tam orta məktəbində şagirdlərin elmi biliklərə yiyələnmələri ilə yanaşı uşaq və gənclərimizin milli-vətənpərvər ruhda formalaşmaları istiqamətində də səmərəli iş aparılır. Məhz bu baxımdan məktəbdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin əbədiləşdirilməsi, tarixi günlərin qeyd olunması kimi ali məqsədlərə xidmət edən tədbirlərin yüksək səviyyədə keçirilməsi ənənəsi də böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, Gülnaz Kərimovanın peşəkar rəhbərliyi altında Xırdalan 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlar.

P.S. Əslində bu sətirlərin müəllifi kimi, mən çox istərdim ki, bu kiçik yazını da məhz elə bu nikbin notlar üzərində bitirim. Amma təəssüflər olsun ki, bu gün bəzi saytlarda Xırdalan 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimovaya qarşı aparılan “qara piar” kampaniyası bizi də bu məsələ ilə bağlı mövqeyimizi bildirməyə və əldə etdiyimiz bəzi məlumatları təqdim etməyə məcbur edir. İlk növbədə tam məsuliyyətlə bəyan edirik ki, Gülnaz Kərimova barəsində dərc olunan məlumatlar tamamilə iftira xarakterlidir və bu kampaniyanın mahiyyətində tək bir məktəb direktorunu deyil, ümumilikdə Abşeron rayonunun təhsil sistemini ləkələmək məqsədi durur. Əslində bu ittihamların müəllifi sadəcə olaraq hansısa öz şəxsi maraqları naminə təfriqə yaratmaq, qabaqcıl təhsil işçilərini ləkələmək və bu yolla Abşeron rayonunun təhsil sisteminin inkişafını az da olsa ləngitmək məqsədini güdür. Əlbəttə ki, qaragüruhçuların bu məqsədlərinə çatmaqları mümkünsüzdür və biz inanırıq ki, hörmətli həmkarlarımız da tezliklə bu məsələnin əsl mahiyyətini özləri üçün aşkar edəcək və bu kimi yazıların öz saytlarında dərc olunmasına yol verməyəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024