Mobil versiya
Xırdalanda gənc əmisini qətlə yetirib, sonra yandırdı - MƏHKƏMƏ
Tarix: 23-09-2019 | Saat: 10:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xırdalanda gənc əmisini qətlə yetirib, sonra yandırdı


Xırdalanda əmisini qətlə yetirib, yandırmaqda təqsirləndirilən Məzahir Şıxməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Hadisə bu il martın 8-də Xırdalan şəhərinin “Gənclər Şəhərciyi” yaşayış kompleksində baş verib. Binada giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı ölən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var.

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsilə açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024