Mobil versiya
Ərdoğan “Türk axını” üzrə razılığın təsdiq üçün qanun imzaladı
Tarix: 06-12-2016 | Saat: 12:13
Bölmə:Manşet | çapa göndər



Türkiyə və Rusiyanın “Türk axını” qaz kəməri layihəsinin həyata keçirilməsi üzrə razılaşmanın təsdiqinə dair qanun çərşənbə axşamı qüvvəyə minib.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun rəsmi dövlət nəşri “Resmi Gazete”də dərc edilib.

Beləliklə də Türkiyə hakimiyyəti hazırkı hökumətlərarası razılığı təsdiqləyərək onun praktiki realizəsi qarşısında bütün maneələri aradan qaldımış oldu.

Bazar ertəsi Türkiyənin baş naziri Binəli Yıldırım Moskvaya rəsmi səfərindən öncə parlament tərəfindən razılaşmanın təsdiqləndiyini xatırladıb.

“Bildiyiniz kimi, ötən həftə parlamentimiz baş assambleyada “Türk axını” layihəsinin həyata keçirilməsinə dair razılaşmanı təsdiqləyib. İndi isə Rusiya Dövlət Dumasının da eyni addımı atacağını gözləyirik”, - o deyib.

“Türk axını” layihəsi 2014-cü ilin dekabrında “Cənub axını” layihəsinə əvəz layihə kimi təqdim edilib.

Layihəyə görə, Qara dənizdən Türkiyənin Avropa hissəsinə, daha sonra Yunanıstanın sərhədinə qədər qaz kəmərinin inşası nəzərdə tutulur. Qaz kəmərinin dəniz hissəsinin uzunluğu Türkiyə ərazisində 180 km-dir. Layihə ümumilikdə 11,4 milyard avro məbləğində dəyərləndirilir. Kəmər ilə nəql edilən qazın ilkin hissəsinin tələbatı artan türk bazarının təmin edəcəyi ehtimal olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024