Mobil versiya
“Neptun” supermarketi bağlandı
Tarix: 03-11-2016 | Saat: 11:26
Bölmə:Gündəm / Karusel | çapa göndər

“Neptun” supermarketi bağlandı

2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi, deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir.

“Marja”nın məlumatına görə, şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi) supermarketi bağlanıb. Qeyd edək ki, bu ünvan yaxınlığında tanınmış “Bazarstore” və “Araz” supermarketləri, həmçinin kifayət qədər alıcıları olan “Gloriya” və “Nərmin” market fəaliyyət göstərir.

Son vaxtlar “Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı.


Beləliklə, Bakıxanov filialının bağlanması ilə “Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024