Mobil versiya
Erməni silahlı bölmələri Tovuz kəndini atəşə tutmaqda davam edir.
Tarix: 04-09-2015 | Saat: 14:26
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Erməni silahlı bölmələri Tovuz kəndini atəşə tutmaqda davam edir.
Onların vəziyyəti orta ağırdır.

Erməni silahlı bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutmaqda davam edir.

Aia.az
xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, ötən gün saat 20 radələrindən başlayaraq gecə saat 3-ə kimi düşmən bölmələri müxtəlif çaplı silahlarla Əlibəyli kəndini intensiv atəşə tutublar.

Yaşayış məntəqəsində 150-ə yaxın evin dam örtüyü güllərdən yararsız hala düşüb.

Düşmən qüvvələrinin açdığı atəş nəticəsində kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024