Mobil versiya
Azərbaycan yaralananlara $100 MIN dollarlıq yardım etdi - FOTOLAR
Tarix: 11-08-2016, 12:34 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan yaralananlara $100 MIN dollarlıq yardım etdi - FOTOLAR

IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Ankara şəhərində IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı keçirilib.

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə də həmin konfransda çıxış edib və iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını söyləyib. Prezident İlham Əliyevin Türkiyə xalqı və dövlətinin yanında olması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Allahşükür Paşazadə 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, Azərbaycan xalqı adından yaralıların müalicəsi üçün 100 min ABŞ doları məbləğində vəsait çatdırıldığını bildirib.

Azərbaycan yaralananlara $100 MIN dollarlıq yardım etdi - FOTOLAR
Azərbaycan yaralananlara $100 MIN dollarlıq yardım etdi - FOTOLAR
Azərbaycan yaralananlara $100 MIN dollarlıq yardım etdi - FOTOLAR



5401 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}