Mobil versiya
Övladınız qız olacaq, ya oğlan? – Test edin
Tarix: 2-06-2016, 12:33 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Övladınız qız olacaq, ya oğlan? – Test edin

Ana və ataların ən çox marağına səbəb olan uşağın cinsiyyətidir. ÜSM aparatı ilə yoxlamadan öncə körpənizin cinsiyyətini necə öyrənə bilərsiniz?

Ürək döyüntüsü

Qədimdən bu üsul bizə belə çatıb ki, ürək döyüntüsü dəqiqədə 140 dəfə vurarsa, körpəniz qız olacaq.

Qırmızı kələm

Kələmi qaynadıb suyu ayrılır. Bu suyun içinə bir neçə damcı hamilənin sidiyindən damızdırılır. Sidik damcılanarkən su bənövşəyiyə dönərsə oğlan, çəhrayi olarsa, qız olacağından xəbər verir.

Sarımsaq

Bir diş sarımsaq yeyilir. Dəridə tünd sarımaq qoxusu qalarsa oğlan, qalmazsa, qız olacağına işarədir.

Açarlar

Qohumlardan hamiləyə açar təklif edilir. Hamilə qadın açarı alarkən nazik tərəfindən tutarsa qız, dairəvi tərəfindən tutarsa oğlandır deməkdir.

Maya təqvimi

Mayalılara görə, hamilənin və körpənin doğum illəri hər ikisi tək, ya hər iki rəqəm qoşa olarsa, qız olacaq deməkdir. Biri tək, digər rəqəm cüt sayda olarsa, oğlan olacağına işarədir.

Səhər ürək bulantısı

İlk 3 aylıqda səhərlər ürək bulanması olarsa qız, nisbətən daha rahat keçərsə oğlan olacağına işarədir.

Alt-üst

Körpə qarnın aşağı hissəsində olarsa, oğlan, üst qismində olarsa, qız olacağına işarədir.

Şirin-duzlu qidalar

Duzlu qidalara üstünlük verilirsə, oğlan, daha çox şirniyyat yeyilirsə, qız olacaq deyərlər.

Soda

2-3 qaşıq soda qaba tökülür, üzərinə bir neçə damcı sidik damcıladılır. Sodada qabarcıqlar yaranarsa oğlan, heç bir şey olmazsa qız olacağına işarədir.

Sızaqlar

Hamiləlikdə üzdə çox sızanaqlar olarsa, qız uşağına işarədir. Qədimdə buna “qız ananın gözəlliyini alıb” deyərlərmiş. Yox əgər dəri təmizdirsə, deməli oğlunuz olacaq.

Sinə ucu

Hamiləlikdə döşün ucunda rəng dəyişməsi yoxdursa qız olacağına işarədir. Əksinə döş ucu tündləşmiş olarsa oğlan olacağına işarədir.

Üz dəyişikliyi

Hamiləlikdə üzdə yumuruluq hiss olunursa qız, yox əgər üzdə uzun və incə bir forma alınırsa oğlan olacağından xəbər verir.

Əhval

Hamiləlikdə əhval çox kövrəkdirsə, hər şeyi həssas yanaşılırsa o zaman qız olacağından xəbər verir.

Yuxu

Hamiləlikdə görülən yuxular tərsinə yozularmış. Yuxuda oğlunuz olcağını görürsünüzsə, o zaman qızın olacağına işarədir



5718 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30