Mobil versiya
Müharibə Veterani Prezident-dən Kömək istəyir-4-ci Məktub -Yeni
Tarix: 10-07-2015, 18:54 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Müharibə Veterani Prezident-dən Kömək istəyir-4-ci Məktub
Hörmətli Redaksiya! Nəzərinizə çatdırıram ki, H.Əliyev adına BDÖZ-da 2012-ci ilin noyabrında başlanan oyun 2003-cü ildə oynanılmış oyunun davamı idi. Belə ki, H.Əliyev adına BDÖZ-un işçilərini indiki kimi “BOSS ŞELF” MMC-ə vermişdirlər və çox güman ki, o vaxt Ulu Öndər Heydər Əliyevə belə bir məlumat verilib ki, BDÖZ yaradılıb və iş öz axarınca gedir. Ancaq həmin o “BOSS ŞELF” MMC 2007-ci ilin yanvar – may ayları ərzində bizə (3000-ə yaxın işçiyə) məcburi şəkildə ərizə yazdırmaqla müddətsiz müqavilələri müddətli etdilər. Şərt belə qoyulmuşdur ki, “ərizəni 15.04.2007-ci il tarixinə yazanlar 3 aylıq kompensasiya alacaq”; “15.05.2007-ci il tarixinə yazanlar isə 1 aylıq kompensasiya almış olacaq”. Bununla da 3000-ə yaxın işçini ixtisara saldılar. Həmin vaxt hara müraciət etdiksə, “ “BOSS ŞELF” MMC xarici şirkət olduğu üçün onlara heç nə deyə bilmərik” dedilər. İndi isə “BOSS ŞELF” MMC neft şirkətinin bir hissəsi olub. Biz əgər “BOSS ŞELF” MMC-ə lazım idiksə, bizi nə üçün 2007-ci ildə işdən çıxartdılar? Yox, əgər lazım deyildiksə, bəs 2012-ci ildə bizə məcburi şəkildə (guya könüllü olaraq) tarixi göstərilməyən ərizəni yazdırıb “BOSS ŞELF” MMC-ə keçirməkdə məqsəd nə idi?
İndi ortaya yenə belə bir sual çıxır: Əgər 2003-cü ildə o müəssisə yaradılmışdırsa, bəs nə üçün 2007-ci ilin yanvar – may ayları ərzində dağıdıldı? Cavab yoxdur!
Daha sonra əgər H.Əliyev adına BDÖZ-də ixtisar aparılıbsa, onda mən müharibə veteranı olduğum üçün ƏM-nin 78-ci maddəsində göstərilənlərə nə üçün əməl olunmayıb?
Ancaq çox təəssüflər olsun ki,
1) 23.09.2013-cü il; iş N_2(103)-4729/2013.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Etibar Qəzənfər oğlu Nəbiyev (sədr və məruzəçi), Raqib Əliddin oğlu Qurbanov və Sənan Firudin oğlu Hacıyevdən ibarət tərkibdə işə baxarkən mənim verdiyim izahatlara məhəl belə qoymaraq H.Əliyev adına BDÖZ-un apellyasiya şikayəti qismən təmin edərək, Qaradağ Rayon Məhkəməsinin qətnaməsini ləğv etdi.
2) 05.02.2014-cü il; iş N_2(102)-481/14
Ali Məhkəmənin Mülki Kollegiyası, hakimlər: Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əhmədova Mehparə Tofiq qızı.
Qərar:
İddiaçı Şükürov Elşad Murtuza oğlunun kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsi MK-nın hazırki iş üzrə 23.09.2013-cü il tarixli qətnaməsi ləğv edilsin.
İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
3) 01.05.2014-cü il; iş N_2(103)-2279/2014
Bakı Apellyasiya Məhkəməsi, hakimlər: İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Azad Nizam oğlu İmanov və Fuad Şəmsəddin oğlu Talışinski.
Qətnamə:
H.Əliyev adına BDÖZ-un apellyasiya şikayəti təmin edilsin. Bakı şəh, Qaradağ Rayon Məhkəməsinin 06.06.2013-cü il tarixli 2(002)-826/2013 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilsin.
İddiaçı Şükürov Elşad Murtuza oğlunun cavabdeh H.Əliyev adına BDÖZ-na qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin.
4) 13.10.2014-cü il iş N_2(102)-3532/2014
Ali Məhkəmənin Mülki Kollegiyası
Hakimlər: Ənvər Ə.Şadiyev (sədrlik edən və məruzəçi); Rəşadət Ə.Ağayev və V.Ə.İbayev
Qərar:
Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın bu iş üzrə olan 01.05.2014-cü il tarixli 2(103)2279/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

5) AR Konstitusiya Məhkəməsi, hakimlər: Sona Salmanova (sədrlik edən), Rövşən İsmayılov, Mahir Muradov (məruzəçi-hakim) və Kamran Şəfiyev.
Konstitusiya Məhkəməsinin palatası hesab edir ki, şikayət işin faktiki hallarının araşdırılması ilə bağlıdır və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 37.0.2-ci maddəsinə əsasən məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyildir və icraata qəbul edilə bilməz.



51 025 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}