Mobil versiya
Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ
Tarix: 3-03-2016, 13:48 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet2 / Karusel | çapa göndər

Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ


Ölümcül xəstələrin çox ağrı hiss etməməsi üçün onlara sakitləşdirici müalicə tətbiq edən tibb bacısı Bronnie Ware "Ölümdən Əvvəlki Beş Peşmanlıq" adlı kitab yazıb. Tibb bacısının sözlərinə görə, son günlərini yaşayan insanlar pul, şöhrət və uğurlarını tamamilə unudurlar. Onlar sadəcə münasibətləri və xoşbəxtlikləri barədə peşmanlıq hissi keçirirlər.

Aia.az bildirir ki, publika.az həmin kitaba istinadla ölüm yatağında olan insanın keçirdiyi 5 peşmanlıq hissini təqdim edir.

1. "Kaş ki, insanların gözləntilərini qarşılamaq əvəzinə, öz istədiklərimi edərdim". Bu, son günlərini yaşayan insanların ən çox peşmanlıq keçirdiyi məsələdir. Tibb bacısının sözlərinə görə, bu insanlar uğurlarından daha çox səhvləri və zəif nöqtələri barədə düşünürlər. Xəyallarının yarısını belə həyata keçirmədiklərini düşünərək bu zəifliklərini seçimləri ilə əlaqələndirirlər.

2. Bu insanların ikinci ən böyük peşmanlığı "kaş ki, bu qədər çox işləməsəydim" olur. Xüsusən də, kişi xəstələr bu peşmanlığı daha çox yaşayırlar. "Kaş bu qədər çox işləməsəydim, ailəmə çox vaxt ayırsaydım" - onların dilindən düşməyən cümlə olur. Uşaqları böyüyərkən onların yanında olmamağın peşmanlığını yaşayırlar.

3. "Kaş ki, hisslərimi açıq şəkildə ifadə edəcək qədər cəsur olaydım" - 3-cü ən böyük peşmanlıqdır. Çünki insanların çoxu qarşısındakı ilə mübahisə etməmək üçün hisslərini büruzə vermir. Tibb bacısının qənaətinə görə, əslində bir çox xəstəliyin əsas səbəbi də insanların hisslərini açıq şəkildə dilə gətirməməsidir. Hisslərini ifadə edə bilməmək insanın daxilində bir küskünlük yaradır ki, bu da zamanla xəstəliyə çevrilir.

4. Növbəti peşmanlıq yaxınlarla olan münasibətlə bağlıdır. Son günlərində insan "kaş ki, dostlarımla əlaqələrimi kəsməsəydim" fikirləşir. Çünki həyatın dəyişməsi insanlar arasında münasibətlərə təsir edir. Çox zaman əlaqələr qırılır. Lakin ömürlərinin son günlərində insanlar keçmiş dostlarını xatırlayırlar.

5. Sonuncu peşmanlıq isə seçimlərlə bağlıdır. Xoşbəxtliyin həyatda seçilən bir hiss olduğunu insanların çoxu ancaq ölüm yatağında anlayır. Dəyişikliklərdən qorxmaq, başqalarını xoşbəxt etmək istəyi, adətlər, standart həyat insanları əsl xoşbəxtlikdən uzaqlaşdırır.



5499 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30