Mobil versiya
Türkiyə XİN Almaniyadakı hücuma etirazını bildirdi
Tarix: 20-02-2020, 17:04 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Türkiyə XİN Almaniyadakı hücuma etirazını bildirdi



Almaniyanın Hanau şəhərində dünən gecə baş vermiş xain hücum artan irqçiliyin və İslam düşmənçiliyin yeni və ağır təzahürüdür.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilib. XİN hücumda həyatını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

“Bunlara fərdi hücum kimi baxmaq mümkün deyil. Avropada getdikcə artan ksenofobiya ilə mübarizədə göstərilən laqeyidlik hər gün yeni hücumların baş verməsinə səbəb olur. Artıq bu hücumları dayandırmağın vaxtı gəlib çatıb. Əks təqdirdə, irqçilik və ksenofobiya daha ciddi səviyyəyə çatacaq.

Bütün Avropa ölkələrinin irqçilik və ksenofobiyaya qarşı birləşib bir səslə danışmasının zamanıdır. Biz irqçiliyə qarşı mübarizədə ikitərəfli və beynəlxalq sahələrdə lazımi əməkdaşlığı nümayiş etdirmək əzmindəyik və bu istiqamətdə səmimi səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, ötən gün Hanauda irqçilik zəminində baş vermiş silahlı hücum zamanı 5-i türk olmaqla 9 nəfər ölüb.



594 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

04-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}