Mobil versiya
Cəlilabadın mədəniyyət başqanı qadın məkrinin qurbanı oldu
Tarix: 07-07-2015 | Saat: 21:58
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Cəlilabadın mədəniyyət başqanı qadın məkrinin qurbanı oldu

Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirilən kollegiya iclasında işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınan Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin artiq sabiq müdiri İsa Allahverdiyev özünü “duruya çıxartmaq” üçün həmkarlarına giley-güzar edib və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısını ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Dürdanə Əliyevanın qarasına deyinib (İsa bəydən başqa da iclasda məyus olanlar çox olduğundan, bu kimi qeybətəbənzər söhbətlərin dəhlizdən KİV-ə sızması təəccüblü görünməməlidir). Deyib ki, onu taxt-tacından məhrum edən əsas neqativ hallar sayılan kadr yerdəyişmələri məhz Dürdanə xanımın göstərişləri ilə baş tutub. Bir sözlə, İ. Allahverdiyev işdən qovulması ilə barışsa da, məsuliyyətə də cəlb olunacağından bir növ sığortalanmaq üçün bütün suçu D. Əliyevanın üzərinə atmağa çalışıb.

Düzü, əvvəllər redaksiyamıza şöbə müdiri İsa bəyin rəvac verdiyi qanunsuzluqlar barədə hər dəfə məlumat daxil olanda, vətəndaşların şikayətləri ilə tanış olduqda, araşdırma məqsədilə zəng vurduğumuz birinci ünvan RİH başçısının aidiyyəti işlər üzrə müavini D. Əliyeva olurdu. Dürdanə xanım hər dəfə də Allahverdiyevi müdafiə etməyə çalışır, yayılan məlumatların kompromat xarakteri daşıdığını bildirirdi. Biz də onun sözlərinə inanırdıq. Sən demə, bu havadarlığın, himayədarlığın səbəbi heç də həqiqətpərəstlik, ədalətsevərlik deyilmiş, başqa ortaq maraqlar varmış!..

Əslində Dürdanə Əliyevanın karyerasına nəzər salanda hətta ötəri, vizual müşahidədən belə aydın görünür ki, bu xanım çox güman rayon rəhbərinin dəstəyi ilə iyerarxiya nərdivanının pilləkənləri boyunca ildırım sürətilə irəliləyib. Rus dili müəllimi kimi fəaliyyət göstərməyə başlamasından qısa müddət ötəndən sonra məktəb direktoru vəzifəsinə irəli çəkilib. Az sonra isə hazırki vəzifəsinə gətirilib. Deyilənə görə, ilk əvvəl onun zəif bildiyi rus dili müəllimliyindən narazı qalan cəlilabadlılar ilk əvvəl bu təyinata seviniblər də. Laki çox keçmədən məlum olub ki, onun daşımağa başladığı başçının müavini vəzifəsində də işlər “rusca” gedir. Hər şeydən göründüyü kimi, RİH başçısı cənab Əziz Əzizov bu xanıma çox inanır, etibar edir. Belə görünür, Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətinə kuratorluq edərkən, şöbənin daxili işlərinə qarışmasına da məhz başçı xeyir-dua verib.

Mövzuya qayıdacağıq.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024