Mobil versiya
Süleymanini ABŞ-a satan şəxsin yeganə şərti bilindi
Tarix: 16-01-2020 | Saat: 10:44
Bölmə:Manşet / Dünya | çapa göndər

Süleymanini ABŞ-a satan şəxsin yeganə şərti bilindi


İraqın paytaxtı Bağdad şəhərində ABŞ ordusunun keçirdiyi əməliyyat nəticəsində öldürülən general Qasım Süleymanini Bəşər Əsəd rejiminin yüksəkçinli rəsmisi ələ verib.

“The Independent Arabic”in Qərb kəşfiyyatına istinadən ortaya atdığı iddiaya əsasən, suriyalı rəsmi Süleymaninin Suriya torpaqlarında getdiyi yerlərə dair informasiya ilə yanaşı, onun və yaxınlığındakıların mülki təyyarə ilə səyahət məlumatlarını da ABŞ-a ötürüb.

Uzun müddətdir, ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən suriyalı ABŞ tərəfinə Süleymaninin Suriya torpaqlarında öldürülməməsi ilə bağlı şərt qoyub.

Süleymaninin təyyarədə olduğundan əmin olan ABŞ kəşfiyyatı onunla birlikdə səyahət edən “Haşdi-Şabi” liderinin müavini Əbu Mehdi əl-Mühəndisin də telefonunu dinləməyə başlayıb və bu yolla əl-Mühəndislə Süleymani arasındakı dialoqu anbaan qeydə alıb.

Kəşfiyyat dinləmələr nəticəsində Süleymani və əl-Mühəndisin ABŞ-la İsrailə qarşı İraq, Suriya, Livan və digər bölgələrdə böyük əməliyyatlar keçirməyə hazırlaşdıqlarını müəyyən edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024