Mobil versiya
Nizami rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib
Tarix: 11-12-2019, 14:53 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nizami rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib


10 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Yığıncaqda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev iştirak ediblər.

Yığıncaqda müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun təşkilat üzvlərinə göstərdiyi qayğıdan və səmimi münasibətdən danışıb.

Yığıncaqda çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev təşkilatın yaranmasından və 25 illik fəaliyyətindən söz açıb. O, təşkilat üzvlərinin Vətənə sadiqliyini qeyd edib və daim Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirib.

Fizuli Rzaquliyev cənab başçıya bu kateqoriyadan olan insanlara göstərdiyi dost münasibətə, dəstəyə və qayğıya görə təşəkkür edib və hər kəsə Cənab Prezidentin komandanlığı altında qələbə arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin fəaliyyətindən razı qaldığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yığıncağın sonunda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu 100” və 25 illik yubiley medalları, birliyin fəxri üzvü YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədova və rayon şöbəsinin ictimai-siyasi fəaliyyətində fəal iştirak edən bir qrup müharibə veteranına 25 illik yubiley medalı, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 66 mininci üzvü, Nizami rayon sakini Laçın Orucova üzvlük vəsiqəsi təqdim edilib.
aia.az






5111 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}