Mobil versiya
Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib
Tarix: 17-10-2019, 16:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib


Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib:

"Hörmətli, cənab Prezident!

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atıb. 06 aprel 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə uşağım xəstəxanaya gec çatdırıldığından və həkim etinasızlığı səbəbindən vəfat edib. İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istəyib.

Halbuki, məhkəmə prosesi zamanı müəyyən edilib ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmayıb və bunu digər şəxslərin etməsinə də əngəl olub. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb. İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib. Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”


aia.az



5107 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930