Mobil versiya
Əli Əhmədov: Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb
Tarix: 22-08-2019, 17:15 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov:


"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşam səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyi qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir".

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan sivilizasiyalar və mədəniyyətlər arası dialoqa böyük töhfəsini verməkdədir:

"Multikulturalizm Azərbaycanın ictimai həyatının əhəmiyyətli bir dəyərinə çevrilib və bu dəyər Azərbaycan tərəfindən ciddi şəkildə bütün dünyaya təbliğ edilməkdədir. Xüsusi olaraq indiki halda sivilizasiyalar arasında, mədəniyyətlər arasında bizi narahat edən çox sərt toqquşmaların baş verdiyi bir zamanda multikulturalizm ideyalarının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə demək lazımdır ki, artıq dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın sivilizasiyalar arası dialoqa böyük önəm verdiyini və bu prosesə böyük töhfə verdiyini birmənalı şəkildə etiraf edir. Azərbaycanın bu sahədəki fəaliyyətinə çox ciddi dəstək verən Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu ilk təşəbbüsün atılmasında əhəmiyyətli rol oynayıb ki, bu gün Azərbaycanda sivilizasiyalar, mədəniyyətlər arası dialoq təşkil edilsin, Azərbaycan bu prosesə öz töhfəsini versin".


aia.az



572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
17-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30