Mobil versiya
Bakıda taksi sürücülərinə qarşı quldurluq edən dəstəyə 19 il həbs cəzası verildi
Tarix: 21-06-2019, 15:25 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda taksi sürücülərinə qarşı quldurluq edən dəstəyə 19 il həbs cəzası verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüsenzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Məmmədov 9 il, R.Hüsenzadə isə 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, orada kirayədə yaşayan 22 yaşlı R.Məmmədov otaq yoldaşı, 26 yaşlı R.Hüsenzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

R.Məmmədov və R.Hüseynzadə iki avtomobildən, ümumilikdə, 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.


aia.az



5121 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930