Mobil versiya
“Bu il 360 avtomobil istehsal edilib və satılıb” – Nazir avtomobil zavodundan DANIŞDI
Tarix: 19-04-2019, 10:12 | Saat: 15:47:00
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

“Bu il 360 avtomobil istehsal edilib və satılıb” –


Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir:

"2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb”.

Görüşdə həmçinin, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.

Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və tapşırıqlarının icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. Böyük tarixi və iqtisadi əhəmiyyət kəsb edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Bu ilin martın 6-da İran Prezidenti Həsən Ruhaninin və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Qəzvin-Rəşt dəmir yolunun açılışı olub ki, bu da yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır”.

Görüşdə Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

aia.az



5156 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}