Mobil versiya
Aqrar sahədə işləyə bilən mükəmməl kadrlar yetişir
Tarix: 17-04-2019, 17:00 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Aqrar sahədə işləyə bilən mükəmməl kadrlar yetişir




Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində mükəmməl, bazar rəqabətli kadr hazırlığı üçün hər şərait var və bu şəraitdən bəhrələnən tələbələr artıq seçidiyi ixtisasın tam sahibinə çevrilirl.

Çinarə Nəsibova da belə tələbələrdən biridir. O, 2008-ci ildə ADAU-nun İqtisadiyyat fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib. Həmin il də magistrtaturaya qəbul edilib və hazırda doktoronturanın 4-cü ilindədir. Təhsil pillələrində uğurla irəliləyən, yüksək nəticələr əldə edən Çinarə 2018-ci ilin may ayında ADAU ilə Almaniya arasında bağlanan müqavilə əsasında PRAXX təcrübə proqramının tələblərinə uyğun Almaniyaya göndərilib, 6 ay təcrübə keçib. Onu daha 6 ay da bu təsərrüfatda saxlayıblar. Təbii ki, işinin öhdəsindən layiqincə gəldiyinə görə. Elə bu səbəbdən də onu burada istixana təsərrüfatına lider seçiblər. Azərbaycanlı, ADAU-nun yetirməsi Çinarə Nəsibova xeyli vaxtdır sıradan təcrübəçi kimi deyil lider olaraq çalışır.

Onun vəfizəsinə Priva Climate Control(istixanaların elektron idarə edilməsi), daimi becərmə yolu ilə istixana əkinlərinin idarəsi,onun tabeliyində olan və mövsümi işçilərə rəhbərlik, istixanaların ümumi nəzarəti, bitki mühafizəsi və monitorinq, məhsulları müştərilərə satmaqla razılaşma, istixana üçün əkinçilik planının yaradılması daxildir. Eyni zamanda iş proseslərinin nəzarətinə, daxili logistika proseslərinə, həmçinin iş zalı və istixanaların təmizliyinə də məsuliyyət daşıyır.

Qablaşdırma materialının sifariş edilməsinə nəzarət, mövcud fondun idarə edilməsi və yığılan məhsulların mümkün olduğu qədər ən sürətli formada satışının təşkili, işçilər və satış məhsulları ilə həyata keçirilən işlərin keyfiyyətinə nəzarət də məhz bu gənc kadra tapşırılıb.

Bu qısa, lakin dəyərcə zəgin məlumatdan sonra inamla demək olar ki, ADAU indi kadr hazırlığı sahəsində daha qətiyyətli addımlar atır, ünvanına xoş sözlər gətirən tələbələri ilə qürur duyur.

Qalib Rəhimli,

ADAU-nun mətbuat xidmətinin rəhbəri.

aia.az







5126 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}