Mobil versiya
Edin Dzeko "Vest Hem"lə anlaşıb
Tarix: 6-04-2019, 17:20 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Edin Dzeko "Vest Hem"lə anlaşıb


İtaliyanın “Roma” klubunun bosniya və herseqovinalı futbolçusu Edin Dzeko karyerasını İngiltərənin “Vest Hem” klubu ilə anlaşıb.

ONA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Premyer Liqa təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Lakin E.Dzekonun keçidinin gerçəkləşməsi üçün iki klub arasında razılığın əldə olunması zəruridir. Hələlik “Roma” və “Vest Hem” hücumçunun qiyməti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Belə ki, İtaliya klubu oyunçusu üçün 20 milyon avro istəyir. Bu rəqəm Premyer Liqa təmsilçisini qane etmir.

Bildirilir ki, bosniya və herseqovinalının londonlularla müqaviləsi iki ili əhatə edəcək. Onun maaşı isə İtaliyada olduğundan fərqlənməyəcək.

Qeyd edək ki, futbolçunun “Roma” ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

aia.az



571 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}