Mobil versiya
“Üçüncü devalvasiya olmayacaq”
Tarix: 08-01-2016 | Saat: 15:12
Bölmə:Gündəm / İqtisadiyyat / Manşet / Aia TV | çapa göndər

“Üçüncü devalvasiya olmayacaq”
Bunu açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, artıq Mərkəzi Bankın Rəyasət Heyətinin qərarına görə, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir:

“Son qaydalardan sonra nağd dolların alış və satış kursunun rəsmi kursla heç bir bağlılığı qalmayıb. Eyni zamanda, Mərkəzi Bank tərəfindən satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi müəyyən edilmədiyindən valyuta satışına rəsmi şəkildə müdaxilə edilmir. Artıq məzənnəni xarici valyutaya olan tələb və təklif müəyyən edir. Digər tərəfdən, Mərkəzi Bankın bazarın valyuta ehtiyaclarını ödəyə bilməməsi manatın sürətlə ucuzlaşmasını şərtləndirir.
Artıq göründüyü kimi belə qərara ehtiyac yoxdur, çünki manatın dəyərdən düşməsini dolayısı ilə hökumət yox, bazar diqtə edir. Ona görə də nə üçüncü, nə də dördüncü devalvasiya olmayacaq. Bundan arxayın olun”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024