Mobil versiya
“Kral” şadlıq evi elektrik enerjisini talan edirmiş - FAKT
Tarix: 15-01-2019, 12:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Kral” şadlıq evi elektrik enerjisini talan edirmiş - FAKT


“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.

“Azərişıq”dan Modern.az-a verilən məlumata görə, baxış zamanı məlum olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib.

Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.



“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

“Azərişıq” ASC əməkdaşları mütəmadi olaraq “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun yoxlamalarını davam etdirirlər





aia.az



5484 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}