Mobil versiya
Ronaldo Madridə getməkdən imtina etdi
Tarix: 5-12-2018, 18:07 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Ronaldo Madridə getməkdən imtina etdi


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniya Futbol Federasiyasının dəvətini rədd edib.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək Libertadores Kubokunun final oyununu - "River Pleyt" - "Boka Xuniors" matçını izləmək təklifi alıb.

Lakin yayda "Real"dan "Yuventus"a keçən Ronaldo belə tez bir zamanda İspaniyaya dönməsinin yersiz olduğunu əsas gətirərək "yox" cavabı verib.

"Barselona"nın hücumçusu Lionel Messi isə oyunu canlı izləyəcək

Xatırladaq ki, komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb. Final qarşılaşması dekabrın 9-i keçiriləcək.

aia.az



5129 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}