Mobil versiya
Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI
Tarix: 10-08-2018 | Saat: 13:34
Bölmə:Manşet / Ölkə | çapa göndər

Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI


Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.

aia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və burada çalışan 200-ə yaxın insan hazırda işsizdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb:

"Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024