Ana Sayfa > Manşet / Ölkə > Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI
Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI10-08-2018, 13:34. Yazar: sevinc1 |
Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. aia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və burada çalışan 200-ə yaxın insan hazırda işsizdir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb: "Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək". aia.az Geri dön |