Mobil versiya
Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ
Tarix: 25-06-2018 | Saat: 09:35
Bölmə:Manşet / Dünya | çapa göndər

Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ


Ukrayna Müdafiə Nazirliyi yeni “Oxotnik” (Ovçu) robotlaşdırılmış döyüş kompleksinin sınaqlarını keçirib.



Modern.az Ukrayna Nazirlər Kabinetinin “Facebook” hesabına istinadən xəbər verir ki, yeni robotu nazirlik hərbi əməliyyatlarda istifadə etmək istəyir.



Hərbçilər robotun real döyüş şəraitində atəş, texniki və mühəndislik tapşırıqlarını necə həll edəcəyini sınaqdan keçirəcəklər.



“Sınaqlardan sonra kompleks Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına qəbul olunacaq və təcavüzkara qarşı müdafiə gücümüzü gücləndirəcək” – Facebook hesabında bildirilib.

“İskra” şirkətinin istehsalı olan bu robot pulemyot, qumbaraatan, tank əleyhinə kompleks və topla təchiz oluna bilər.



Qeyd edək ki, iyunun 23-də Ukrayna prezidenti Pyotr Poroşenko “İskra” araşdırma-istehsalat kompleksinin yeni radiolokasiya stansiyaları icad etdiyini bildirib. Onun sözlərinə görə bu stansiyalar bazardakı rəqiblərini texniki göstəricilərinə görə üstələyir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024