Mobil versiya
"Söz verirəm, yuxudan tez durmayacaqsan" - Tarixi görüşün detalları
Tarix: 27-04-2018 | Saat: 10:58
Bölmə:Manşet / Dünya | çapa göndər

"Söz verirəm, yuxudan tez durmayacaqsan" - Tarixi görüşün detalları


Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş keçirilib. 65 ildən sonra baş tutan ilk görüşün bəzi detalları məlum olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Mun Ce-inlə zarafatlaşmağı da unutmayıb.

"Raket sınaqları səbəbiylə daim yuxudan tez oyandığınızı eşitdim. Söz verirəm ki, bundan sonra yuxudan tez durmayacaqsınız”.

Kim əlavə edib ki, belə görüşlər tez-tez baş tutmalıdır: "Birlikdə daha yaxşı dünya inşa edə bilərik. Paytaxt Seula səfər edəcəyimə söz verirəm”.

Kim "Sülh evi”ndəki xatirə dəftərinə bu sözləri yazıb: "Bu andan etibarən yeni tarix başlayır, bir sülh çağının tarixi başlanğıc nöqtəsində...”.

Görüşün mətbuata açıq hissəsində Kim Cənubi Koreya Respublikasının prezidenti Mun Ce-inə bildirib ki, onunla açıq, səmimi, dürüst danışıqlar aparacaq: "Burada olmaqdan çox sevincliyəm. Bu zirvə toplantısından yaxşı nəticə əldə etməyi düşünürəm. Zirvədəki razılaşmaların keçmişdə olduğu kimi yerinə yetirilməyən nəticələrə səbəb olmasındansa, birlikdə əl-ələ hərəkət edə biləcəyimiz bir şans olmasını arzulayıram".

Mun isə görüşə gəldiyi üçün Kimə təşəkkür edib: "Kim hərbi səddi keçib. Beləliklə, Panmuncom ayrılığın yox, sülhün simvolu oldu. Zirvədə razılığa gələcəyimizə ümid edirəm. Dünyada sülh istəyən hər kəsə, həmçinin öz xalqıma mükəmməl hədiyyə verə biləcəyimi düşünürəm”.

Qeyd edək ki, yerli saatla 12:00-da bitən ilk turun ardından tərəflər ayrı-ayrılıqda nahar edəcəklər. Sonra yenidən görəşərək, birlikdə ağac əkəcəklər. İki ölkədən gətirilən torpaqlarla əkiləcək ağacın yanına "bura sülh və rifah əkirik” sözləri yazılmış xatirə daşı qoyulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024