Mobil versiya
Səddam Hüseynin qızı İraqı məhkəməyə verəcək - Mal-mülk davası...
Tarix: 05-03-2018 | Saat: 15:28
Bölmə:Dünya | çapa göndər

Səddam Hüseynin qızı İraqı məhkəməyə verəcək - Mal-mülk davası...




Səddam Hüseynin əmlakının müsadirə olunması ilə üz-üzə qalan böyük qızı Raqad İraq hakimiyyətini məhkəməyə verəcəyini bəyan edib.

Trend-in məlumatına görə, o, maraqlarının müdafiəsi üçün beynəlxalq məhkəməyə müraciət edəcəyini və avropalı vəkillərin köməyindən istifadə edəcəyini vurğulayıb.

Qeyd edək ki, İraq hakimiyyəti Raqad Səddamın sərvətinin müsadirə edilməsi barədə qərar çıxarıb. Bildirilir ki, İraqın müvafiq komissiyasının tərtib etdiyi siyahıya 4 257 nəfər daxildir. Onların arasında Səddam Hüseynin övladları, nəvələri, başqa qohumları, eləcə də ölkə əyalətlərinin keçmiş qubernatorların adları var.

Bildirilir ki, adları siyahıda olanların daşınmaz əmlakı İraq Maliyyə Nazirliyinin ixtiyarına təhvil veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024