Mobil versiya
Bu gün Qış Olimpiya Oyunlarının açılışı olacaq
Tarix: 9-02-2018, 10:10 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman | çapa göndər

Bu gün Qış Olimpiya Oyunlarının açılışı olacaq




Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya Oyunları start götürüb.Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Oyunlar kerlinq miksti yarışları ilə başlayıb.

Rəsmi açılışı mərasimi isə bu gün fevralın 9-u olacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin(MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

aia.az



5385 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031