Mobil versiya
ATU-da I kurs tələbələri ilə universitet rəhbərliyinin görüşü təşkil olunub
Tarix: 20-10-2017 | Saat: 12:54
Bölmə:Təhsil | çapa göndər

ATU-da I kurs tələbələri ilə universitet rəhbərliyinin görüşü təşkil olunub




Azərbaycan Texnologiya Universitetində (ATU) İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbələri və onların valideynlərinin ali təhsil ocağının rəhbərliyi ilə görüşü keçirilib. Hər il ənənəvi olaraq baş tutan görüşdə birincilərə faydalı məsləhətlər verilib, onların fikirləri dinlənilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Akif Süleymanov gəncləri həm tələbə adı qazanmaları, həm də Azərbaycan Texnologiya Universitetini seçməklə doğru addım atmaları münasibəti ilə təbrik edib, onlara təhsil illərində və gələcək karyeranızda uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu gün ATU öz tarixi nüfuzunu yenidən bərpa edir. Qeyri-neft sektoru üçün durmadan artan kadr tələbatına layiqincə cavab verə bilmək üçün mütəxəssis hazırlığı işini müəssisələrlə birgə aparır. Bu eyni zamanda gələcək məzunların işlə təminatı üçün əlverişli zəmin hazırlayır. Bundan başqa tələbələrin keyfiyyətli təhsil alması üçün tam şəffaf mühit formalaşdırılıb. Ehtiyacı olanların yataqxanada yerləşdirilməsi təmin edilir. Professor Akif Süleymanov bildirib ki, bütün bunların müqabilində tələbələr yaxşı təhsil almağa, sosial işlərdə fəal olmağa, ölkəmizin gələcəyi üçün özlərini layiqli vətəndaş və yaxşı mütəxəssis kimi yetişdirməyə çalışmalıdır.
Daha sonra çıxış edən tədris işləri üzrə prorektor dosent Vüqar İsmayılov kredit sisteminin təşkili qaydaları, tələbənin fərdi tədris planı və digər qaydalar haqqında məlumat verib. Elm və texnika üzrə prorektor dosent Səbuhi Yusifov isə universitetin sənaye sahələri ilə əməkdaşlığının nəticələrindən danışıb, tələbələri bu çərçivədə yaradılmış imkanlardan maksiumum yararlanmağa, elmi-tədqiqat meyilli işlərə marağı artırmağa çağırıb.
Sonra universitet rəhbərliyi tələbələr və onların valideynlərindən bəzilərinin sual və təkliflərini dinləyib.
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024