Mobil versiya
Mövsüm Səmədov Qobustan həbsxanasına köçürüləcək
Tarix: 14-06-2017 | Saat: 19:13
Bölmə:Cəmiyyət | çapa göndər

Mövsüm Səmədov Qobustan həbsxanasına köçürüləcək


Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb.

AİA.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmə təqdimatı təmin edib və M. Səmodov 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürüləcək.

Qeyd edək ki ki, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, İslam Partiyasının sədri Mövsüm Səmədov həbsxanada islaholunmaz məhkumdur, məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır.

Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

Xatırladaq ki, M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024