Mobil versiya
Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir”
Tarix: 25-11-2024 | Saat: 11:29
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir”

“İşğala qədər 88 300 nəfər əhalisi olmuş Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra böyük dağıntılara, talana məruz qoyulmuşdur. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb Rayonun 60 min nəfər əhalisi respublikanın 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq konvensiyalar tərəfindən müəyyən olunmuş prinsiplərə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və 44 günə tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq BMT Qətnamələrinin icrasını təmin etdi və ərazilərinin 30 illik işğalına son qoydu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Kəlbəcərin azad olunmasının strateji əhəmiyyətini vurğulayaraq demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən G.Qəhrəmanov daha sonra bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə həyata keçirilən vüsətli bərpa-quruculuq işlərinin Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisi olduğunu diqqət mərkəzinə çəkib: “Bu gün Kəlbəcərdə də işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bir məqamı da qeyd edək ki, Kəlbəcər rayonu böyük enerji potensialına malik olan bölgələrimizdəndir. İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”,Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Bütün bunlar ölkəmizin ümumi iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfələrdir” – deyə, millət vəkili fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024